Konor Makqreqor halüsinogen terapiyadan keçib və İsa peyğəmbərlə qarşılaşdığını bildirib

Xəbərlər
25 Noyabr 2025 07:07
52
Konor Makqreqor halüsinogen terapiyadan keçib və İsa peyğəmbərlə qarşılaşdığını bildirib

İki çəki dərəcəsində keçmiş UFC çempionu Konor Makqreqor Meksika klinikasında müalicəsini başa vurduqdan sonra sosial mediaya qayıdıb.

İdman.Biz xəbər verir ki, irlandiyalı psixoloji travmanın müalicəsi üçün iboqain (şüuru, qavrayışı, düşüncəni və ümumi zehni fəaliyyəti pozan psixodelik dərman) istifadə edərək terapiya aldığını açıqlayıb.

"Stenford Universitetinin ən mütərəqqi həkimləri ilə görüşmək şansım oldu. Bu, inanılmaz dərəcədə intensiv oldu və tamamilə mənim gözümü açdı. Onlar mənə ölümümün necə ola biləcəyini, nə qədər tez baş verə biləcəyini, uşaqlarıma necə təsir edəcəyini göstərdilər.

Tanrı Müqəddəs Üçlükdə yanıma gəldi. İsa cənnətin ağ mərmər pilləkənlərindən endi və məni taclandırdı. Mən xilas oldum!", - döyüşçü özünün X sosial şəbəkəsindəki hesabında yazıb.

Makqreqor 36 saat dərmanın təsiri altında olduğunu və bundan sonra “özü kimi oyandığını” bildirib.

İrlandiyalı azarkeşlərinə dəstəklərinə görə təşəkkür edib və müalicənin onun həyatını xilas etdiyini söyləyib.

Makqreqor antidopinq qaydalarını pozduğuna görə 18 aylıq diskvalifikasiya cəzasını çəkməyə davam edir.

İdman.Biz