Cons İslam Mahaçevi bütün zamanların ən böyük döyüşçülərindən biri hesab edir

Xəbərlər
10 Yanvar 2026 00:20
64
Cons İslam Mahaçevi bütün zamanların ən böyük döyüşçülərindən biri hesab edir

İki çəki dərəcəsi üzrə keçmiş UFC çempionu Con Cons İslam Mahaçevi bütün zamanların ən böyük döyüşçülərindən biri saydığını etiraf edib.

İdman.Biz-in məlumatına görə, Cons Mahaçevin UFC-də dominantlıq etməsinə təəccüblənmədiyini dilə gətirib.

“Mahaçev tarixin ən böyük döyüşçülərindən biridir. Bu, göz qabağındadır. Onun Cek Della Maddalena üzərində qələbəsinə təəccüblənmirəm. Onun UFC-də necə dominantlıq etməsinə təəccüblənmirəm. O, xüsusidir. Bəzi insanlar böyük işlər görmək üçün seçilir. Və bu, odur.

İslamı bundan sonra nəyin gözlədiyi mənə çox maraqlıdır. Onun hələ çox şeyə nail olması lazımdır, amma o, artıq düzgün yoldadır. O, mənim çox hörmət etdiyim insanlardan biridir" - Cons deyib.

Mahaçev sonuncu dəfə noyabr ayında Della Maddalenanı məğlub edərək yarımorta çəkidə UFC çempionu olub.

İdman.Biz