Nyu-York rəsmiləri “UFC 322”dəki davaya görə İslam Mahaçevin komandasını cəzalandıracaqlar

Xəbərlər
26 Noyabr 2025 01:26
31
Nyu-York rəsmiləri “UFC 322”dəki davaya görə İslam Mahaçevin komandasını cəzalandıracaqlar

Nyu-York meri Erik Adams UFC 322-də baş verən davada iştirak edənlərin hamısının cəzalandırılması fikrində olduğunu deyib.

İdman.Biz bildirir ki, dava Nyu-Yorkun məşhur “Madison Square Garden” mərkəzində baş verib.

“Tədbirdəki bu hücumlar tamamilə qəbuledilməzdir. Polis departamenti hərtərəfli araşdırma aparır və məsuliyyət daşıyan hər kəs cavab verəcək”, - Adams sosial media səhifəsində yazıb.

Xatırladaq ki, UFC 322-də dava İslam Mahaçevin komandasının üzvləri (Əbubəkər Nurməhəmmədov və Maqomed Zaynukov – red.) və amerikalı Dillon Danis arasında baş verib. Bu dava, sonuncunun sosial mediada Mahaçevə və komanda yoldaşlarına dəfələrlə təhqir etməsi fonunda baş verib.

İdman.Biz