Hazırkı UFC yarımorta çəki çempionu (77,1 kq-a qədər), 34 yaşlı rusiyalı İslam Mahaçev yarımorta çəkiyə gec keçdiyinə görə peşman olduğunu etiraf edib.
İdman.Biz xəbər verir ki, bu barədə X sosial şəbəkəsindəki Red Corner MMA hesabı məlumat yayıb.
Mahaçev iki divizionda titula gedən yoldan danışarkən deyib:
“Başladığım zaman yalnız ilk 15-likdə olmağı xəyal edirdim. İlk 15-liyə, sonra ilk 10-luğa daxil olduqdan və kəməri qazandıqdan sonra yuxarı qalxa biləcəyimi anladım. Son döyüşümdə ölçülərimə görə heç də rəqibimdən geri qalmırdım. Biz bərabər şəkildə yarışırdıq və illərdir bədənimi ciddi çəki azaltmağa məruz qoyduqdan sonra bunu daha tez etmədiyimə görə bir az peşmanam”.
