Makqreqor Həbibi papaqlarını “Telegram”da satdığına görə fırıldaqçılıqda günahlandırıb

Xəbərlər
26 Noyabr 2025 19:53
20
Makqreqor Həbibi papaqlarını “Telegram”da satdığına görə fırıldaqçılıqda günahlandırıb

66 və 70 kiloqram çəki dərəcələrində keçmiş UFC ikiqat çempionu Konor Makqreqor, rusiyalı idmançı Həbib Nurməhəmmədovu öz papaqlarını Telegram messencerində keçirilən rəqəmsal NFT formatlı hərraca çıxarmasından sonra fanatlarını aldatmaqda və ikiüzlülükdə günahlandırıb.

İdman.Biz-in məlumatına görə, X sosial şəbəkəsində paylaşdığı bir mesajda irlandiyalı keçmiş rəqibinin hərəkətlərini sərt tənqid edərək, onu mərhum atasının adından və Dağıstan mədəniyyətindən sürətli qazanc əldə etmək üçün istifadə etdiyini iddia edib.

“Həbib kimi yaxşı bir oğlan mərhum atasının adından və Dağıstan mədəniyyətindən istifadə edərək fanatlarını aldada, tez bir zamanda papaqları internetdə rəqəmsal NFT formatındakı hərracda sata, satışdan sonra bütün məzmunu silə və azarkeşlərini pulsuz qoyaraq iflasa uğrada bilərmi? Yaxşı oğlan sadəcə bunu edə bilməz”, - Makqreqor yazıb.

Sözügedən idmançılar əvvəllər UFC tarixində ən çox danışılan döyüşlərdən birini keçiriblər. Onların rəqabəti hətta illər sonra da azarkeşlərin diqqətini cəlb etməkdədir.

İdman.Biz