“Eurosport”un nüfuzlu ispan jurnalisti Alvaro Kolmenero UFC 324-də yüngül çəki dərəcələrində hansı döyüşçülərin döyüşəcəyini açıqlayıb.
İdman.Biz-in məlumatına görə, həyəcanla izlənəcək döyüşlərdən biri Castin Qetje və Paddi Pimblett arasında olacaq.
“Çoxsaylı mənbələr mənə UFC 324-də Castin Qetje və Paddi Pimblettin döyüşəcəyini bildiriblər. Fikrimcə, bu, turnirin əsas hadisəsi olacaq.
Mənim qənaətim belədir ki, əgər Topuriya İslam Mahaçevlə Ağ Evdə və ya Beynəlxalq Döyüş Həftəsində döyüşməsə, bu döyüşün qalibi yaz/yay aylarında İliya ilə qarşılaşacaq” – X sosial şəbəkəsindəki “Championship Rounds” hesabı Kolmeneronun sözlərindən sitat gətirib.
