Həbib Nurməhəmmədov: “Son üç ay asan keçmədi”

Xəbərlər
21 Noyabr 2025 19:09
25
Həbib Nurməhəmmədov: “Son üç ay asan keçmədi”

37 yaşlı UFC Şöhrət Zalının üzvü və yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədov yeni ikiqat UFC çempionu İslam Mahaçevin avstraliyalı Cek Della Maddalenaya qarşı titul döyüşünə hazırlıqları barədə danışıb.

İdman.Biz bildirir ki, İslam yekdil qərarla yarımorta çəki titulunu qazanıb.

“Son üç ay asan keçmədi”, - Nurməhəmmədov sosial media səhifəsində yazıb.

Bu, İslamın bu divizionda ilk döyüşü idi. Bu qələbə rusiyalı döyüşçünün ardıcıl altıncı titul döyüşüdür. Onun seriyası 22 oktyabr 2022-ci ildə başlayıb.

Xatırladaq ki, Nurməhəmmədovun son döyüşü 24 oktyabr 2020-ci ildə BƏƏ-nin Əbu-Dabi yaxınlığındakı Yas adasında keçirilən UFC 254-də olub. Onun rəqibi müvəqqəti UFC yüngül çəki çempionu amerikalı Castin Qetji olub. Döyüş rusiyalı idmançının ikinci raundda boğucu üsulla qələbəsi ilə başa çatıb. Bu, Nurməhəmmədovun karyerasındakı 29-cu qələbəsi olub. Döyüşdən sonra Həbib MMA-da karyerasını başa vurduğunu elan edib.

İdman.Biz