Məşhur rusiyalı qarışıq döyüş ustası və yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədov tanınmış iş adamı və “Telegram”ın qurucusu Pavel Durova müraciət edərək onu birgə məşq etməyə dəvət edib.
İdman.Biz-in məlumatına görə, Nurməhəmmədov və Durov oktyabrın sonlarında BƏƏ-nin Əbu-Dabi şəhərində keçirilən “UFC 321”də görüşmüşdülər.
“Qardaş. Səni həmişə idman zalında görürəm. Düşünürəm ki, gəlib qardaşlarla məşq etməyin vaxtıdır”, - deyə Nurməhəmmədov sosial media səhifəsində yazıb.
Pavel Durov isə öz növbəsində Nurməhəmmədova cavab verib.
“Yeri yaz, qardaş”, - Pavel Durov sosial media hesabında yazıb.
Daha əvvəl Həbib əmisi oğlu Osman Nurməhəmmədovun təlim-məşq toplanışının başladığını elan edib.
