Della Maddalena məğlubiyyətdən sonra ilk bəyanatını verib

Xəbərlər
21 Noyabr 2025 00:50
27
Della Maddalena məğlubiyyətdən sonra ilk bəyanatını verib

Avstraliyalı qarışıq döyüş (MMA) ustası Cek Della Maddalena rusiyalı İslam Mahaçevə məğlub olduqdan sonra sosial mediada ilk paylaşımını edib.

İdman.Biz bildirir ki, Mahaçev və Della Maddalena arasında döyüş 16 noyabr gecəsi ABŞ-ın Nyu-York şəhərində UFC 322-də baş tutub. İslam yekdil qərarla qalib gəlib.

“Dəstəyiniz üçün təşəkkür edirəm. İslam ən böyük döyüşçülərdən biridir, o, qalib gəlməyə layiqdir. Mən öyrənəcəyəm və irəliləyəcəyəm”, - Della Maddalena yazıb.

Bu qələbə ilə rusiyalı yarımorta çəki divizionunda promouşenin çempionu olub.

İdman.Biz