Həmzət Çimayev və İkram Ələsgərov arasında sosial şəbəkələrdə söz atışması yaşanıb.
İdman.biz xəbər verir ki, MMA döyüşçüləri Həmzət Çimayev və İkram Ələsgərov sosial şəbəkələrdə qarşılıqlı açıqlamalar veriblər.
İkram Ələsgərov bildirib ki, qısa müddət qalsa da, Həmzət ilə döyüş təklifi alsa, bunu qəbul edər: “İki günə də hazır olaram. Mən zəif adamlara qarşı yox, hər zaman güclülərlə məşq edirəm. Daim formada və döyüşə hazıram. Əgər çempionluq hədəfin varsa, kəmər döyüşünə necə yox deyə bilərsən?”
Həmzət Çimayev isə buna sərt cavab verib: “İnsanlar niyə bu axmaqlarla müsahibə edirlər? Mən bir dağıstanlı ilə döyüşəcəyimi deyəndə bunu etnik məsələ kimi qələmə verirlər, amma onlar mənimlə döyüşmək istəyəndə bu, sadəcə idman olur. İkiüzlülüyü dayandırın”.