Striklend: “Con Consu yalnız Pereyra məğlub edə bilər”

Xəbərlər
8 Oktyabr 2025 01:47
36
Striklend: “Con Consu yalnız Pereyra məğlub edə bilər”

Keçmiş orta çəkidə UFC çempionu Şon Striklend ehtimal edib ki, onun sparrinq partnyoru braziliyalı Aleks Pereyra amerikalı Con Consu məğlub edə biləcək yeganə döyüşçüdür.

İdman.biz bildirir ki, Aleks Pereyra yüngül çəkidə UFC çempionudur.

“Əgər Con Consu məğlub edə biləcək kimsə varsa, bu, Aleksdir. Con güləşə bilir. Aleksin öhdəsindən gəlmək çox çətindir. O yaramazı məğlub etmək həqiqətən çətindir. Əgər ona qarşı uğur qazanmaq istəyirsənsə, Aleksi yıxmaq lazımdır", - “MMAJunkie” Striklenddən sitat gətirir.

İdman.biz