Portuqaliyanın Albufeyre şəhərində kikboksinq üzrə dünya çempionatı davam edir.
İdman.biz xəbər verir ki, Azərbaycanlı idmançı Amin Quliyev turnirin qalibi olub.
60 kq çəki dərəcəsində yarışan Amin bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində yer alıb. O, finalda ukraynalı Maksim Semençuku məğlub edib.
Qeyd edək ki, Azərbaycan yığmasının kikboksçusu Eduard Məmmədov (63 kq) dünya çempionu titulunu qazanıb.
İdman.biz