Azərbaycan Kikboksinq Federasiyasının dəstəyi ilə növbəti yoldaşlıq görüşü keçirilib.
İdman.Biz bildirir ki, “Qələbə” İdman Klubunun təsisçisi və rəhbəri Azər Ağayevin təşkilatçılığı ilə baş tutan görüşlərin ədalətli və qaydalara uyğun keçirilməsinə baş hakim Rəmiz Məmmədov rəhbərlik edib.
Federasiyadan bildirilib ki, bu cür yoldaşlıq görüşləri gənc idmançıların təcrübə qazanması, bacarıqlarını inkişaf etdirməsi və kikboksinqin daha geniş şəkildə təbliğ olunması baxımından mühüm əhəmiyyət daşıyır.
