Kikboksçumuz dopinqə görə iki il müddətinə cəzalandırılıb

1 Sentyabr 2026 11:43
103
Kikboksçumuz dopinqə görə iki il müddətinə cəzalandırılıb

Azərbaycan kikboksçusu Baba Abbaszadə antidopinq qaydalarını pozduğu üçün iki il müddətinə diskvalifikasiya olunub.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) məlumat yayıb.

Bildirilib ki, idmançının analiz nümunəsində qadağan olunmuş maddə tapılıb.

Ondan götürülmüş sınaq nüsxəsində “S5 Diuretiklər və ya Gizlədici Agentlər” sinfinə aid olan furosemid maddəsi və ya onun metabolitləri aşkarlanıb. Bununla da idmançının qadağan edilmiş maddə və ya üsuldan istifadə etdiyi müəyyən olunub.

Qeyd edək ki, sanksiyanın qüvvədə olma müddəti 2026-cı il iyulun 6-dan 2028-ci il iyulun 6-dək nəzərdə tutulub.

İdman.Biz