Kikboksçularımız dünya çempionatında ilk qələbələrini qazanıblar

Xəbərlər
21 Noyabr 2023 11:44
337
Kikboksçularımız dünya çempionatında ilk qələbələrini qazanıblar

Portuqaliyanın Albufeyra şəhərində kikboksun WAKO versiyası üzrə dünya çempionatı başlayıb.

İdman.biz xəbər verir ki, yarışda Azərbaycan idmançıları ilk qələbələrini qazanıblar.

Ötən ay Dünya Kombat Oyunlarında qızıl medal qazanan Amin Quliyev (60 kq) 1/16 final mərhələsində portuqaliyalı Rodriqo Markesti məğlub edib. Qiyas Şahmərdanov (63,5) isə bolqarıstanlı İvail Panevə qalib gəlib.

Nicat Zəkiyev
İdman.biz