Azərbaycan karateçisi 5 qat dünya çempionu olub - FOTO

Xəbərlər
5 Noyabr 2023 12:41
571
Azərbaycan karateçisi 5 qat dünya çempionu olub - FOTO

Azərbaycan Karate Federasiyasının idmançıları aşihara növü üzrə Yaponiyanın Matsuyama şəhərində keçirilən dünya çempionatında uğurla çıxış ediblər.

İdman.biz xəbər verir ki, milli komandamız mundialı 4 medalla başa vurub.

Ən yüksək nəticəyə 60 kq çəki dərəcəsində Musa Musazadə imza atıb. O, bütün rəqiblərinə qalib gələrək 5-ci dəfə dünya çempionu tituluna yiyələnib.

14-15 yaşlı idmançıların yarışında isə Vüsal Abbasov və Əfsər Atakişiyev fəxri kürsünün ikinci pilləsində yer alıblar. Daha bir Azərbaycan idmançısı Fərman Rəhimov turnirin bürünc medalını qazanıb.

İdman.biz