Masallıda yeni karate klubu fəaliyyətə başlayıb - VİDEO

14 Avqust 2026 15:08
174
Masallıda yeni karate klubu fəaliyyətə başlayıb - VİDEO

Masallı rayonunun Tüklə kəndində şəhid Vasif İsmayılovun adını daşıyan karate klubu fəaliyyətə başlayıb.

İdman.Biz xəbər verir ki, klubun yaradılmasında əsas məqsəd şəhidin xatirəsinin əbədiləşdirilməsi, eyni zamanda uşaqlar və yeniyetmələr arasında karate idman növünün inkişaf etdirilməsidir.

Vasif İsmayılov 12 avqust 1974-cü ildə Masallı rayonunun Tüklə kəndində anadan olub. O, Tüklə kənd orta məktəbini bitirdikdən sonra bir müddət sovxozda fəhlə işləyib.

30 dekabr 1992-ci ildə hərbi xidmətə yollanan Vasif İsmayılov 9 fevral 1993-cü ildə Ağdərə uğrunda gedən döyüşlər zamanı itkin düşüb. Daha sonra ona şəhidlik statusu verilib.

Onun adını daşıyan karate klubunda uşaqlar və yeniyetmələr üçün məşqlərin təşkili, gənc nəslin sağlam, intizamlı və vətənpərvər ruhda yetişdirilməsi nəzərdə tutulur.

Klubun fəaliyyəti şəhid Vasif İsmayılovun adının gələcək nəsillərə çatdırılması baxımından da xüsusi mənəvi əhəmiyyət daşıyır.

İdman.Biz