Karateçilərimiz “Turkish Open”də iki gümüş medal qazanıblar

22 Avqust 2026 18:24
111
Karateçilərimiz “Turkish Open”də iki gümüş medal qazanıblar

Azərbaycan karateçiləri “Turkish Open” beynəlxalq turnirini iki gümüş medalla başa vurublar.

İdman.Biz xəbər verir ki, İstanbulda təşkil olunan yarışda 27 ölkədən 1100-ə yaxın idmançı iştirak edib.

“Qaraqaplan Karate Klubu”nun idmançısı Qəhrəman Rzaquliyev 12-13 yaşlılar arasında 45 kq çəki dərəcəsində beş görüş keçirərək finala yüksəlib. Şəxsi məşqçisi Asiman Qurbanlının rəhbərliyi altında çıxış edən karateçi həlledici qarşılaşmada Özbəkistan təmsilçisinə məğlub olaraq gümüş medal qazanıb.

“Arpaçay Karate Klubu”nun idmançısı Ömər Məmmədrəhimov isə kata üzrə 16-17 yaş kateqoriyasında finala yüksələrək ikinci yeri tutub. Onun şəxsi məşqçisi Roman Heydərov, yığma komandanın baş məşqçisi isə Vüqar Kərimovdur.

Beləliklə, Azərbaycan təmsilçiləri “Turkish Open” beynəlxalq karate turnirini iki gümüş medalla başa vurublar.


İdman.Biz