Azərbaycan Karate Federasiyasının baş ofisində federasiyanın Təşkilat Komitəsinin təşkilatçılığı ilə karate üslublarının rəhbərləri və nümayəndələri ilə görüş keçirilib.
İdman.Biz xəbər verir ki, görüş zamanı qarşıda duran təşkilati məsələlər, üslubların fəaliyyətinin daha səmərəli təşkili və qarşılıqlı əməkdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
İclasda, həmçinin noyabr-dekabr aylarında müxtəlif karate üslubları üzrə keçirilməsi nəzərdə tutulan ölkə çempionatları və birinciliklərin təşkili, yarışların təqvimi, hazırlıq prosesi və digər təşkilati məsələlər müzakirə olunub.
Görüş zamanı üslublar üzrə yarışların vahid koordinasiya prinsipləri əsasında təşkili, mövcud məsələlərin operativ şəkildə həlli və qarşıdakı dövrdə görüləcək işlərlə bağlı fikir və təkliflər səsləndirilib.
