Azərbaycan Karate Federasiyasının prezidenti, Milli Məclisin deputatı Ülvi Zahid oğlu Quliyev “Şöhrət” ordeni ilə təltif edilib.
İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bu təltifə layiq görülüb.
Qeyd edək ki, Ülvi Quliyevin sentyabrın 17-də 60 yaşı tamam olur.
