Azərbaycan cüdoçuları ilk dəfə kata üzrə dünya çempionatında mübarizə aparacaq

Xəbərlər
26 Oktyabr 2023 15:48
153
Azərbaycan cüdoçuları ilk dəfə kata üzrə dünya çempionatında mübarizə aparacaq

Azərbaycan cüdoçuları ilk dəfə 28-29 okytabrda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək kata üzrə dünya çempionatında iştirak edəcək.

İdman.biz xəbər verir ki, 35 ölkədən 300-ə yaxın idmançının iştirak edəcəyi yarışda ölkəmiz 6 idmançı ilə təmsil olunacaq. Cüdoçularımız çempionatda oktyabrın 28-də böyüklər arasında “Nage-no-Kata” və “Katame-no-Kata” üzrə fəndləri nümayiş etdirəcək.

Nage-no-Kata
Malik Alahverdiyev - tori (hücum edən idmançı)
Samir İsmayılov - uke (hücum edilən idmançı)

İsmayıl Rzayev - tori
İbrahim Aslanov - uke

Katame-no-Kata
Rafiq Nəcəfov - tori
Əmrah Əhmədov – uke

İdman.biz