İrina Zaretska: “Xoşbəxtəm, keçirdiyim hər görüşdən və yaşadığım hisslərdən həzz alıram”

Xəbərlər
25 Oktyabr 2023 11:13
132
İrina Zaretska: “Xoşbəxtəm, keçirdiyim hər görüşdən və yaşadığım hisslərdən həzz alıram”

“Nə gözəl gündür! Yenə dünya çempionatında finaldayam”.

İdman.biz xəbər verir ki, bununla bağlı sosial şəbəkə hesabında Azərbaycan karateçisi İrina Zaretska (67 kq) paylaşım edib.

Ardıcıl 3-cü dəfə dünya çempionatının finalına yüksələn yığmanın lideri emosiyalarını bölüşüb. Bir gün öncə Budapeştdə keçirilən mudnalda ikiqat dünya çempionu yenə də ən yüksək performans nümayiş etdirərək üçüncü titulu uğrunda mübarizə aparır. O buna görə çox xoşbəxt olduğunu bildirib: “Mən çox xoşbəxtəm, keçirdiyim hər görüşdən və indi yaşadığım hisslərdən həzz alıram. Bu gün yanımda olan, dəstək olan və kömək edən hər kəsə “çox sağ olun” deyirəm”.

Qeyd edək ki, Zaretska final görüşünə oktyabrın 28-də çıxacaq. Onun rəqibi isveçrəli Elena Quriçi olacaq.

Zəki Feyzullayev

İdman.biz