Karateçilərimiz Avropada və Rusiyada üç medal qazanıblar - FOTO

5 Oktyabr 2026 14:46
109
Karateçilərimiz Avropada və Rusiyada üç medal qazanıblar - FOTO

Azərbaycan karateçiləri oktyabrın 3-4-də Latviyada və Rusiyada keçirilmiş fullkontakt şinkyokuşin yarışlarında bir gümüş və iki bürünc medal əldə ediblər.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyası məlumat yayıb.

Bildirilib ki, fullkontakt şinkyokuşin karate üslubu üzrə milli komanda Latviyanın Riqa şəhərində təşkil olunan Avropa çempionatında iki mükafata sahib olub. U-21 yaş kateqoriyasında Zamin Fərəcov (75 kq) ikinci yeri tutaraq gümüş medal qazanıb. Məhərrəm Əhmədov (65 kq) isə bürünc medala layiq görülüb.

Həmin tarixlərdə Rusiyanın Novosibirsk şəhərində keçirilən "34-cü Andrey Yakutov Memorialı”nda Azərbaycanı təmsil edən Emin İsmayıllı da mükafatçılar sırasında yer alıb. İdmançı 75 kq çəki dərəcəsində üçüncü yeri tutaraq bürünc medal qazanıb.

İdman.Biz