Azərbaycan Karate Federasiyasının “Fullkontakt şinkyokuşin karate” üslubu üzrə milli komandası Latviyanın paytaxtı Riqada keçirilən Avropa çempionatında iştirak edir.
İdman.Biz xəbər verir ki, yarış yeniyetmələr, U-16 və U-21 yaş kateqoriyaları, həmçinin böyüklər arasında mütləq çəki üzrə keçirilir.
Azərbaycan çempionatda beş idmançı ilə təmsil olunur.
Böyüklər arasında qadınların mütləq çəki kateqoriyasında Solmaz Zeynallı mübarizə aparır.
U-21 yaş kateqoriyasında Məhərrəm Əhmədov və Ələkbər Rəsulzadə 65 kq, İlkin Əlizadə 70 kq, Zamin Fərəcov isə 75 kq çəki dərəcəsində yarışırlar.
Azərbaycan nümayəndə heyətində Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Allahverdi Rüstəmov, hakimlər Mübariz Məlikov və Mayıl Abdullayev, həmçinin məşqçi Mehdi Əhmədov yer alıblar.
