WKF: “Həmin qələbədən sonra Ağayev bütün zamanların ən uğurlu karateçisi elan edildi”

Xəbərlər
29 Sentyabr 2023 12:49
144
WKF: “Həmin qələbədən sonra Ağayev bütün zamanların ən uğurlu karateçisi elan edildi”

Oktyabrın 24-də Budapeştdə start götürəcək mundial öncəsi Ümumdünya Karate Federasiyası (WKF) dünya çempionatları ilə bağlı əlamətdar məqamları açıqlayıb.

İdman.biz xəbər verir ki, portal Azərbaycan idmançılarının çıxışında mühüm epizodları da qeyd edib.

Xüsusilə WKF 2016-cı ildə Linsdə keçirilən dünya çempionatında Rafael Ağayevin (75 kq) qələbəsinə xüsusi yer ayırıb: “Ağayev beşinci dünya çempionu titulunu qazanmaqla karatenin ən böyük ulduzu statusunu təsdiqlədi. 2006, 2008 və 2010-cu illərdə titul qazanan azərbaycanlı karateçi Linsdə heyranedici sürət, bacarıq və ambisiya nümayiş etdirib. “Şərqin panterası” finalda misirli Ömər Abdel Rəhmanı məğlub edəndə karate dünyası Rafael Ağayevi bütün zamanların ən uğurlu karateçisi elan etdi”.

Beynəlxalq qurum 3 il əvvəl Dubayda İrina Zaretskayanın (68 kq) ardıcıl ikinci çempionluğundan da bəhs edib.

“Zaretskaya dünya çempionatında ikinci qələbəsini, Olimpiadada gümüş medal qazandığı və Avropa çempionu olduğu il öz kateqoriyasında üstünlük təşkil edərək karate elitası arasında statusunu təsdiqlədi".

Nicat Zəkiyev

İdman.biz