"BRICS Sports Games Kazan 2024"də ilk qızıl

Xəbərlər
14 İyun 2024 21:39
309
"BRICS Sports Games Kazan 2024"də ilk qızıl

Azərbaycan Tatarıstanın paytaxtı Kazan şəhərində keçirilən "BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman oyunlarında növbəti medalı qazanıb.

İdman.biz xəbər verir ki, karateçimiz Mədinə Sadıqova (55 kq) fəxri kürsüdə yer alıb.

O, bütün rəqiblərini məğlub edərək, qızıl medal qazanıb.

Qeyd edək ki, daha öncə samboçu Rəsul Aydəmirov (98 kq) və avarçəkən Bəhmən Nəsiri bürünc medala sahib çıxıblar.

İdman.biz