Hüseyn Məmmədli 3-cü olub

14 Aprel 2024 12:46
675
Hüseyn Məmmədli 3-cü olub

Azərbaycan karateçisi Rusiyada keçirilən beynəlxalq yarışda medal qazanıb.

İdman.biz xəbər verir ki, Hüseyn Məmmədli "Ak Bars Kuboku"nda fəxri kürsünün 3-cü pilləsində yer alıb.

O, yarışa məşqçi Anar Allahverdiyevin rəhbərliyi ilə yollanıb.

Turnirdə ölkəmizi hakim Cahangir Babayev də təmsil edib.

İdman.biz