48 dəst medal öz sahibini tapıb - FOTO

Xəbərlər
31 Mart 2024 16:51
48 dəst medal öz sahibini tapıb - FOTO

Azərbaycan Karate Federasiyasının (AKF) nəzdində fəaliyyət göstərən full kontakt karate və kyokuşin karate növləri üzrə 25-ci açıq respublika birinciliyi və çempionatı keçirilib.

İdman.biz xəbər verir ki, açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, AKF-in vitse-prezidenti Allahverdi Rüstəmov və digər rəsmi şəxslər iştirak ediblər.

Abşeron Olimpiya İdman Kompleksində təşkil olunmuş yarışda paytaxtla yanaşı, bölgələrdən 250-dən çox idmançı mübarizə aparıb. Qaliblər 48 dəst medal uğrunda qüvvələrini sınayıblar.

Yarışın açılış mərasimində son 1 il ərzində fərqlənən məşqçi və hakimlər təltif olunublar.

İdman.biz