Karate yığmamız Paris sınağında

Xəbərlər
24 Yanvar 2024 19:12
173
Karate yığmamız Paris sınağında

Karate üzrə Azərbaycan yığması Parisə yollanıb.

İdman.biz xəbər verir ki, karateçilərimiz yanvarın 26-28-də Premyer Liqa yarışında iştirak edəcəklər.

Komandanın heyətində 7 idmançı yer alıb. Kişilərin yarışında Tural Ağalarzadə (67 kq), Əminağa Quliyev və Fərid Savadov (hər ikisi 60 kq), Turqut Həsənov (84 kq), Asiman Qurbanlı (+84 kq), qızlarda isə Fidan Teymurova (50 kq) və Mədinə Sadıxova (55 kq) qələbə uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, üç qat dünya çempionu İrina Zaretska ilin ilk beynəlxalq yarışında iştirak etməyəcək.

İdman.biz

Məqalədə: