Azərbaycanlı karateçi Ülvi Məmmədov Şotokan karate üzrə keçiriləcək dünya çempionatında ölkəmizi təmsil edəcək.
İdman.Biz xəbər verir ki, yarış Türkiyənin İstanbul şəhərində aprelin 24-dən 26-dək təşkil olunacaq.
Ülvi Məmmədov böyüklər arasında +84 kq çəki dərəcəsində tatamiyə çıxacaq.
Azərbaycan nümayəndə heyətinin tərkibində digər komanda üzvləri də yer alacaq və onlar müxtəlif çəki dərəcələrində çıxış edəcəklər.
Hazırda komandamız yarışa hazırlıq prosesini davam etdirir.
