10-12 aprel tarixlərində Sərhədçi İdman Mərkəzində “Grand Prix” beynəlxalq karate turniri təşkil olunacaq.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyası məlumat yayıb.
Bildirilib ki, bu turnir yalnız yarış deyil - gücün, iradənin və qələbə ruhunun meydanıdır.
Azərbaycan idmançıları ilə yanaşı, xarici ölkələrin idmançıları da tatamiyə çıxaraq öz bacarıqlarını nümayiş etdirəcəklər.
Qeyd edək ki, yarış aprelin 12-də yekunlaşacaq.
