Azərbaycanın üç karate məşqçisi beynəlxalq lisenziya qazandı

13 Oktyabr 2026 21:42
93
Azərbaycanın üç karate məşqçisi beynəlxalq lisenziya qazandı

Azərbaycanın karate üzrə yığma komandalarının üç məşqçisi beynəlxalq məşqçilik lisenziyası əldə edib.

İdman.Biz xəbər verir ki, mütəxəssislər Dünya Karate Federasiyasının (WKF) Polşada təşkil etdiyi məşqçilik imtahanlarını uğurla başa vurublar.

Beynəlxalq lisenziya qazanan məşqçilər U-21 millisinin baş məşqçisi Elnur İbrahim, yeniyetmə və gənclərdən ibarət yığma komandaların baş məşqçisi Anar Allahverdiyev və U-21 millisinin baş məşqçisinin köməkçisi Coşqun Sadiqovdur.

İdman.Biz