Cüdoçularımızın İslamiadaya hazırlığı davam edir - FOTO

Xəbərlər
10 Sentyabr 2025 18:44
37
Cüdoçularımızın İslamiadaya hazırlığı davam edir - FOTO

Azərbaycanın cüdo üzrə kişilərdən ibarət yığması Braziliyada beynəlxalq təlim-məşq toplanışında iştirak edir.

İdman.biz xəbər verir ki, San-Paulu şəhərində baş tutan təlim düşərgəsinə 10 ölkədən 250-dən çox cüdoçu qatılıb.

Qeyd edək ki, iki həftəlik təlim-məşq toplanışı qarşıdan gələn beynəlxalq yarışlara və V İslam Həmrəyliyi Oyunlarına hazırlıq xarakteri daşıyır.

İdman.biz