“Söz verirəm” kampaniyası Naftalanda - FOTO

Xəbərlər
1 Dekabr 2023 13:04
123
“Söz verirəm” kampaniyası Naftalanda - FOTO

Azərbaycan Cüdo Federasiyası (ACF) "Azercell Telekom” MMC ilə birgə keçirdiyi “Söz verirəm” sosial layihəsi çərçivəsində Naftalan şəhərində yerləşən İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə kampaniya təşkil edib.

İdman.biz xəbər verir ki, ACF-in baş katibinin müşaviri Ayan Nəcəf 300-ə yaxın şagirdin iştirakı ilə keçirilən maarifləndirici görüşdə qısnamanın mahiyyəti, potensial təhlükələri və buna qarşı durmağın zəruriliyi haqqında məlumat verib.

Tədbir zamanı uşaqlar müzakirələrdə fəal iştirak ediblər və qısnamaya qarşı öhdəlikləri götürməyə təşviq ediliblər.

Hər bir uşaq “Söz verirəm" sertifikatını imzalayıb, bu isə onların qısnamaya qarşı olduqlarını simvolizə edib. Bundan əlavə, onlara məlumatlandırıcı bukletlər və bilərziklər verilib.

Qeyd edək ki, sosial kampaniyasının əsas məqsədi ölkəmizdə idmana olan marağı daha da artırmaq, cəmiyyətdə sağlam həyat tərzini təbliğ etməklə yanaşı, son zamanlar gənclər və yeniyetmələr arasında qlobal səviyyədə aktual olan qısnamanı (bullinq) təbliğ etməkdir.