Bu gün yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatı başa çatacaq

2 İyul 2026 09:44
91
Bu gün yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatı başa çatacaq

İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatı bu gün başa çatacaq.

İdman.Biz xəbər verir ki, turnirin son günündə qarışıq komanda yarışında qaliblər müəyyənləşəcək.

Azərbaycan millisi mübarizəyə 1/8 final mərhələsindən başlayacaq. Yığmamızın ilk rəqibi Çexiya seçməsi olacaq.

Qarışıq komanda yarışında görüşlər oğlanlar arasında 60 kq, 81 kq və +81 kq, qızlar arasında isə 48 kq, 63 kq və +63 kq çəki dərəcələrində keçiriləcək. Turnirdə ümumilikdə 13 milli komanda və 137 cüdoçu iştirak edəcək.

Azərbaycan yığmasının heyətində qızlardan Könül Eyvazlı (48 kq), Pərvin Şeyxanlı (48 kq), Səmayə Yusifli (63 kq), Məsumə Məmmədli (+63 kq) və Zemfira Əliyeva (+63 kq) yer alıblar.

Oğlanlardan isə Rza Xəlilli (60 kq), İbrahim Talıbov (60 kq), Yaqub Məmmədov (81 kq), Ayxan Həsənli (81 kq), Ömər Axundov (+81 kq) və Tamerlan Əliyev (+81 kq) komandanın heyətinə daxil edilib.

İdman.Biz