İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatı davam edir.
İdman.Biz xəbər verir ki, yarışın ikinci günündə Sadiq Məmmədov (-73 kq) yeniyetmələr arasında Avropa çempionatının gümüş medalına layiq görülüb.
Qeyd edək ki, yarışın ilk günündə millimizin heyətində Zəhra Quliyeva (-40 kq), Nihad Ağayev (-50 kq) qızıl, Fərid Rzazadə (-50 kq) gümüş, İbrahim Talıbov (-55 kq) və Könül Eyvazlı (-48 kq) isə bürünc medala yiyələniblər.
Yarışın ikinci günündə isə İlkin Qarayev (-66 kq) üçüncü yeri tutub.
20:43
İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatı davam edir.
İdman.Biz xəbər verir ki, yarışın ikinci günündə İlkin Qarayev (-66 kq) üçüncü yer uğrunda görüşdə çexiyalı Hinek Şvetsə qalib gələrək yeniyetmələr arasında Avropa çempionatının bürünc medalını qazanıb.
Bu, cüdoçularımızın çempionatda 6-cı medalıdır.
09:23
İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatı davam edir.
İdman.Biz xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisinin daha iki təmsilçisi mübarizəyə qoşulacaq.
Gün ərzində oğlanların 66 kq və 73 kq çəki dərəcələrində görüşlər keçiriləcək.
66 kq çəki dərəcəsində İlkin Qarayev mübarizəyə 1/16 finaldan başlayacaq. Onun ilk rəqibi Bolqarıstan təmsilçisi Samuil Dimitrov olacaq.
73 kq çəki dərəcəsində çıxış edən Sadiq Məmmədov isə yarışa 1/8 final mərhələsindən start verəcək. Cüdoçumuz bu mərhələdə Litvadan Matas Marksaitislə İsraildən Noam Stiner arasında keçiriləcək görüşün qalibi ilə qarşılaşacaq.
