Yardımlıda keçiriləcək cüdo birinciliklərində 126 yeniyetmə yarışacaq

1 İyul 2026 16:25
75
Yardımlıda keçiriləcək cüdo birinciliklərində 126 yeniyetmə yarışacaq

Yardımlı Olimpiya İdman Kompleksində keçiriləcək U-14 və U-17 yeniyetmələr arasında cüdo üzrə Cənub bölgəsi region birinciliklərində ümumilikdə 126 idmançı mübarizə aparacaq.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, turnirin keçirilməsində əsas məqsəd yeniyetmə cüdoçular bazasını formalaşdırmaq və kvota əsasında ölkə birinciliyinə vəsiqə qazanacaq idmançıları müəyyənləşdirməkdir.

U-17 kateqoriyası üzrə qeydə alınacaq nəticələr idmançılara Azərbaycan yığmasının heyətinə seçim üçün vacib reytinq xalları qazandıracaq.

Qeyd edək ki, region birincilikləri iyulun 3 və 4-də təşkil olunacaq.

İdman.Biz
Məqalədə: