Avropa çempionu olan cüdoçu Nihad Ağayev: “Bu anı çoxdan gözləyirdim” - FOTO

30 İyun 2026 13:56
101
Avropa çempionu olan cüdoçu Nihad Ağayev: “Bu anı çoxdan gözləyirdim” - FOTO

İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatında qızıl medal qazanan Azərbaycan cüdoçusu Nihad Ağayev bu anı çoxdan gözləyib.

50 kq çəki dərəcəsində çempion olan cüdoçu yarışla bağlı təəssüratlarını bölüşüb.

“Bu anı çoxdan gözləyirdim. Qızıl medal qazanmağı arzulayırdım. Bu, mənə qismət oldu. Yarışa yaxşı hazırlaşdım. Turnirə yollanmamışdan əvvəl qarşıma çempionluq məqsədi qoymuşdum”, - deyə o report.az-a açıqlamasında vurğulayıb.

N.Ağayev qarşıdakı hədəflərindən də söz açıb:

“Avqustda dünya çempionatı keçiriləcək. Bu yarışda da qızıl medalı qoruyub saxlamaq istəyirəm”.

Xatırladaq ki, Azərbaycanın yeniyetmə cüdoçuları İspaniyadakı yarışın ilk günündə iki qızıl, bir gümüş və iki bürünc medal qazanıblar.

İdman.Biz
Məqalədə: