11 yaşa qədər yeniyetmə oğlanlar və qızlar arasında “Heydər Əliyev ili"nə həsr olunan cüdo üzrə Açıq Birincilik keçirilib.
Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyası (ACF), Qarabağ Regional Gənclər və İdman İdarəsi və Şuşa rayon Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə baş tutub.
Turnirdə Azərbaycan, Almaniya və Qazaxıstan olmaqla 45 klub, cəmiyyət və idman təşkilatından olan 3 ölkədən 442 cüdoçu medallar uğrunda mübarizə aparıb. Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən turnirdə qızlar və oğlanlar arasında 12 çəki dərəcəsində qaliblər bəlli olub.
Yarışların son nəticəsinə görə, ümumi komanda hesabında medalların sayına görə 1-ci yerə Şuşa Uşaq-Gənclər İdman Məktəbi, 2-ci yerə Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, 3-cü yerə isə Hədəf İdman Klubu İctimai Birliyi layiq görülüb. 23 komanda müxtəlif əyarlı medal qazanıb.
Yarışın əsas məqsədi yeniyetmələr və gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.
İdman.biz