Bakıda kişi cüdoçular arasında Liqa yarışının II turu keçiriləcək

Xəbərlər
2 İyul 2025 17:18
43
Bakıda kişi cüdoçular arasında Liqa yarışının II turu keçiriləcək

Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində kişi cüdoçular arasında Liqa yarışının II turu keçiriləcək.

İdman.biz xəbər verir ki, iyulun 4-də startı veriləcək yarışda 41 klub və idman cəmiyyətlərindən olan 222 idmançı 7 çəkidə medallar uğrunda mübarizə aparacaq.

Cari ildə kişilər arasında Liqa yarışının 3 turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar nəticəsində idmançıların reytinq siyahısı formalaşacaq.

İdman.biz