"Raquf Orucov Kuboku" beynəlxalq turniri start götürüb

Xəbərlər
16 Noyabr 2023 11:37
251
"Raquf Orucov Kuboku" beynəlxalq turniri start götürüb

2016-cı ilin aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun və torpaqlarımızın azad edilməsi uğrunda canından keçmiş bütün şəhidləriminiz xatirəsinə həsr edilmiş "Raquf Orucov Kuboku" beynəlxalq cüdo turnirinə start verilib.

İdman.biz xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının (ACF) və "Judo Club 2012" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Bakı İdman Sarayında baş tutan yarışın ilk günündə 76 idmançı gücünü sınayacaq.

Oğlanlar arasında 66 kq, 81 kq və 100 kq çəki dərəcələrində qaliblər bəlli olacaq.

Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.

Qeyd edək ki, yarış 2 gün davam edəcək.

İdman.biz