Cüdo məşqçilərimizin Beynəlxalq Cüdo Federasiyasının akademiyasında təhsili davam edir - FOTO

Xəbərlər
11 Oktyabr 2023 13:44
98
Cüdo məşqçilərimizin Beynəlxalq Cüdo Federasiyasının akademiyasında təhsili davam edir - FOTO

Beynəlxalq Cüdo Federasiyasının (BCF) Akademiyasının ekspertləri Mesut Kapan və Kaya Gezeker iştirakı ilə cüdo məşqçilərinin praktiki imtahanına hazırlıq məqsədi ilə seminar keçirilib.

İdman.biz xəbər verir ki, məşğələlərdə Azərbaycanın müxtəlif rayon və şəhərlərini təmsil edən müxtəlif klub, cəmiyyət və idman təşkilatlarından olan 75 məşqçi iştirak edib.

Təlim prosesi nəzəri və praktiki hissələrdən ibarət olub. Ekspertlər təlim zamanı cüdo texnikası və fəndlərin təkmilləşdirilməsi məqsədi ilə öz tövsiyələrini və praktiki biliklərini bölüşüblər.
Məşqçilərin beynəlxalq səviyyədə standartlaşdırılması məqsədi ilə bu cür seminarların davamlı olaraq keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyasının (ACF) təşəbbüsü ilə ötən ildən start verilən BCF-in Akademiyasında məşqçilər üçün keçirilən proqrama 80-dən yuxarı məşqçi cəlb olunub, onlardan 68-i imtahanları uğurla başa vurub və birinci səviyyə cüdo məşqçiliyi sertifikatı əldə edib. Cari ilin mart ayından etibarən daha 75 cüdo məşqçisi Akademiyanın proqramında təhsilə başlayıb.

Azərbaycan Cüdo Federasiyası tərəfindən növbəti illərdə də məşqçilər üçün proqramın davam etdirilməsini planlaşdırılır.

İdman.biz