Oktyabrın 11-13-də Əbu-Dabidə (BƏƏ) keçiriləcək cüdo üzrə “Böyük Dəbilqə” turnirində iştirak üçün 32 ölkə komandası artıq qeydiyyatdan keçib.
İdman.biz xəbər verir ki, hələlik ən çox idmançını Fransa millisi sifariş edib - 19 cüdoçu. BƏƏ 15, Azərbaycan və Almaniya isə 14 cüdoçu ilə mübarizə aparacaq.
Qeyd edək ki, komandamızın heyətində Balabəy Ağayev, Hüseyn Allahyarov (hər ikisi 60 kq), Ruslan Paşayev, Rəşad Yelkiyev (hər ikisi 66 kq), Rəşid Məmmədəliyev, Nəriman Mirzəyev (hər ikisi 73 kq), Zelim Tskayev, Ömər Rəcəbli (hər ikisi 81 kq), Murad Fətiyev, Musa Hüseynli (hər ikisi 90 kq), Camal Qamzatxanov, İmran Yusifov (hər ikisi +100 kq), Leyla Əliyeva (48 kq) və Açelya Toprak (57 kq) yer alacaq.
İdman.biz