EJU: "Qədəşova daha bir dünya titulunu qazanmaq üçün özünü sınayacaq"

Xəbərlər
3 Oktyabr 2023 16:32
151
EJU: "Qədəşova daha bir dünya titulunu qazanmaq üçün özünü sınayacaq"

Avropa Cüdo İttifaqı sabahdan Odivelasda (Portuqaliya) başlayacaq gənclər arasında dünya çempionatının startı ərəfəsində Azərbaycan milli komandasının idmançısı Xədicə Qədəşovanı (52 kq) xüsusi vurğulayıb.

İdman.biz xəbər verir ki, o, bu il Zaqrebdə yeniyetmələr arasında dünya çempionu adını qazanıb, bu dəfə digər yaş kateqoriyasında medallar uğrunda mübarizə aparacaq.

“Qədəşova yeniyetmələr arasında yarışdığı üçün onun hələ gənclik reytinqi yoxdur. Lakin o, Zaqrebdə keçirilən dünya çempionatında qalib gələrək Azərbaycan cüdosunun tarixinə düşüb və indi daha bir dünya titulu uğrunda mübarizədə özünü sınayacaq”, - EJU portalı vurğulayır.

Avropa Cüdo İttifaqı onu da qeyd edir ki, 52 kq-a qədər çəki dərəcəsində mübarizə aparan digər azərbaycanlı cüdoçu Aydan Əliyeva da medala iddialıdır.

Zəki Feyzullayev

İdman.biz