Cüdo millimiz İspaniya toplanışını davam etdirir - FOTO

Xəbərlər
5 İyul 2024 14:54
134
Cüdo millimiz İspaniya toplanışını davam etdirir - FOTO

Cüdo üzrə Azərbaycan yığması İspaniyada beynəlxalq təlim-məşq toplanışını davam etdirir.

İdman.biz xəbər verir ki, Avropa Cüdo İttifaqının Benidorm şəhərində təşkil etdiyi hazırlıq prosesi Olimpiada öncəsi son toplanışdır.

Burada bir çox aparıcı idmançılar, o cümlədən dünya çempionları Hidayət Heydərov və Zelim Kotsoyev iştirak edir. İdmançılar Paris-2024 ərəfəsində sparrinq edir və formalarını gücləndirirlər.

Qeyd edək ki, Azərbaycanın gənclərdən ibarət yığması da Benidormda hazırlıq keçir.

İdman.biz

Məqalədə: