Cüdoçularımız Benidorm toplanışına start verib – FOTO

Xəbərlər
3 İyul 2024 13:40
120
Cüdoçularımız Benidorm toplanışına start verib – FOTO

Azərbaycan cüdo yığması İspaniyada təlim-məşq toplanışı keçir.

İdman.biz xəbər verir ki, Avropa Cüdo İttifaqının Benidormda təşkil etdiyi hazırlıq prosesinə iyulun 2-də start verilib.

Toplanışda Gürcüstan, Finlandiya, Xorvatiya, Türkiyə, Portuqaliya, Almaniya, Belçika, İsrail və bir çox başqa ölkələrin komandaları iştirak edirlər. Hazırlığın özəlliyi ondan ibarətdir ki, bu, Paris-2024 öncəsi sonuncu beynəlxalq toplanış olacaq. Cüdoçularımız bunadək Poreçdə (Xorvatiya) hazırlıq keçib, ardınca Bakıya qayıdıblar.

Qeyd edək ki, Benidormdakı təlim-məşq toplanışı iyulun 6-dək davam edəcək.

İdman.biz

Məqalədə: