Cüdo Federasiyası maskotunu təqdim edib: “Ledo” - FOTO

Xəbərlər
22 Sentyabr 2023 14:17
127
Cüdo Federasiyası maskotunu təqdim edib: “Ledo” - FOTO

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin xatirəsinə həsr olunan Bakı Böyük Dəbilqə turnirinin ilk günündə Azərbaycan Cüdo Federasiyası rəsmi maskotunu geniş ictimaiyyətə təqdim edib.

İdman.biz xəbər verir ki, Azərbaycan cüdosunun simvolu kimi seçilən bəbir öz çevikliyi, sürəti, zərifliyi, misilsiz gücü və ağlı ilə tanınır.

Maskot üçün "Leopard" və "cüdo" sözlərinin birləşməsindən yaranan “Ledo” adı seçilib.

Ledo arenada gəzərkən azarkeşləri əyləndirməklə yanaşı, idmançıları öz sərhədlərini aşmağa və hər görüşdə mükəmməlliyə can atmağa həvəsləndirəcəkdir.

İdman.biz