Azərbaycan cüdoçularının Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək “Böyük Dəbilqə” turnirində rəqibləri müəyyənləşib.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Bildirilib ki, püşkatmanın nəticələrinə görə idmançılarımızın ilk rəqibləri bəlli olub.
Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda Azərbaycan 11 çəki dərəcəsində 16 cüdoçu (12 kişi, 4 qadın) ilə təmsil olunacaq.
Turnirdə 67 ölkədən 504 idmançı (308 kişi, 196 qadın) mübarizə aparacaq.
Sentyabrın 11-dən 13-dək keçiriləcək Macarıstan “Böyük Dəbilqə”sində təsnifat mərhələsi saat 11:00-da, final bloku isə 19:00-da start götürəcək.
Qadınlar
48 kq, 1/16 final
Könül Əliyeva - Mariya Sequnda (Anqola)
52 kq, 1/16 final
Aydan Vəliyeva - Andrea Stoyadinov (Serbiya)
70 kq, 1/16 final
Südabə Ağayeva - Tais Pina (Portuqaliya)
+78 kq, 1/16 final
Madina Kaisinova - Qabriyel Buvye (Belçika)
Kişilər
60 kq, 1/32 final
Babarəhim Mirzəyev - Nuradil Aljan (Qazaxıstan)
60 kq, 1/16 final
Murad Muradlı - Vahe Ağasyan (Ermənistan)
66 kq, 1/16 final
Rəşad Yelkiyev - Mohammad Xoşbin (IRT)
Nizami İmranov - Maykl Frayer (Böyük Britaniya) / Akjigit Nassir (Qazaxıstan) cütünün qalibi ilə
73 kq, 1/32 final
Kamran Süleymanov - Natan Kadinyan (Fransa)
Rəşid Məmmədəliyev - Orlando Kazorla (Fransa)
81 kq, 1/32 final
Hidayət Heydərov - Benedek Tot (Macarıstan)
Vüsal Qələndərzadə - Odisseas Georqakis (Kipr)
90 kq, 1/16 final
Vüqar Talıbov - Stevan Nikçeviç (Monteneqro) / Aleks Kret (Rumıniya) cütünün qalibi ilə
100 kq, 1/16 final
Əjdər Bağırov - Xuslen Munxuu (IRT) / Daniel Lyubimovski (ABŞ) cütünün qalibi ilə
+100 kq, 1/16 final
Camal Qamzatxanov - İqor Vraçar (Serbiya)
Kənan Nəsibov - Artyom Zolotuxin (Rusiya)
