Cüdoçularımız Poreçdə Olimpiya təlim-məşq toplanışında - FOTO

Xəbərlər
14 İyun 2024 17:41
165
Cüdoçularımız Poreçdə Olimpiya təlim-məşq toplanışında - FOTO

Azərbaycan millisinin cüdoçuları iyunun 10-dan Xorvatiyanın Poreç şəhərində Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən Olimpiya təlim-məşq toplanışına qatılıb.

İdman.biz xəbər verir ki, toplanışda qadınlardan, böyüklərdən və gənclərdən ibarət komandanın 40 idmançısı iştirak edir.

Təlim-məşq toplanışı Paris-2024 Yay Olimpiya Oyunlarına və qarşıdan gələn digər beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.

İdman.biz

Məqalədə: