Hidayət Heydərov ən reytinqli cüdoçuların siyahısında liderliyə yüksəlib

Xəbərlər
30 May 2024 12:38
228
Hidayət Heydərov ən reytinqli cüdoçuların siyahısında liderliyə yüksəlib

Bütün çəki dərəcələri üzrə cüdoçular arasında reytinq açıqlanıb.

İdman.biz xəbər verir ki, siyahıya Azərbaycan millisinin lideri Hidayət Heydərov (73 kq) başçılıq edir.

Reytinqdə birinci pilləyə yüksələn dünya çempionunu 8798 xala malikdir. Abu-Dabidəki qələbə Azərbaycan idmançısının uzun müddət turnir cədvəlinə başçılıq edən belçikalı Matias Kasseni (81 kq) keçməyi ilə nəticələnib. İndi o, 7932 xalla ikincidir.

Dünya çempionu Zelim Kotsoyev (100 kq) dörd pillə irəliləyib. O, 7022 xalla ilk “üçlüy”ə daxil olub.

İdman.biz